Ana Sayfa > Karusel / Siyasət > “Türkiyənin dostluğu möhkəm, qəzəbi vahiməlidir” - Çavuşoğlu
“Türkiyənin dostluğu möhkəm, qəzəbi vahiməlidir” - Çavuşoğlu12-09-2022, 12:50. Yazar: Admin |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana növbəti dəfə xəbərdarlıq edib.
Qarabaginfo.az xəbər verir ki, XİN rəhbəri Yunanıstana başqasının maşası olmamağı məsləhət görüb.
“Yunanıstan hələ də Türkiyəyə qarşı iddialar səsləndirməyə davam edir. Bu da təbii ki, boş yerə olmur. Yunanıstanın arxasında duran qüvvələr var. Biz onlara da xəbərdarlıq edirik. Bu, qonşumuz Yunanıstan üçün bir siqnaldır. Hər kəs ağlını başına yığsın, xüsusilə də Yunanıstana deyirik: Başqalarının maşası olmayın, Türkiyənin dostluğu möhkəm, qəzəbi isə vahiməlidir”,- nazir Ankarada keçirilən tədbirdə deyib. Geri dön |