Ana Sayfa > Karusel / Region > Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı Şəki sakini ölüb

Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı Şəki sakini ölüb


12-09-2022, 11:02. Yazar: Admin

Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı Şəki sakini ölüb

Şəkidə 28 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Ötən gün rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V. Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön