Ana Sayfa > Karusel / Gündəm > Cəlilabadda ağır qəza - Bir ailənin 7 üzvü yaralandı

Cəlilabadda ağır qəza - Bir ailənin 7 üzvü yaralandı


12-09-2022, 00:07. Yazar: Admin

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə Mədətli kəndində qeydə alınıb.

Belə ki, "Niva" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön