Ana Sayfa > Karusel / Gündəm > Şəki sakinini cərəyan vurub öldürdü

Şəki sakinini cərəyan vurub öldürdü


11-09-2022, 20:29. Yazar: Admin

Şəki sakinini cərəyan vurub öldürdü

29 yaşlı kişini elektrik cəryanı vuraraq öldürüb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəkinin Baş Zəyzid kəndində baş verib.

Kənd sakini 1993-cü təvəllüdlü Azər Seyidməmmədov elektrik dirəyində iş görən zaman onu elektrik cəryanı vurub. A. Seyidməmmədov aldığı ağır elektroşok xəsarətindən hadisə yerindəcə ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön