Ana Sayfa > Karusel / Gündəm > Ukrayna Fransadan daha çox silah istəyir
Ukrayna Fransadan daha çox silah istəyir11-09-2022, 20:00. Yazar: Admin |
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Fransa Kiyevə daha çox silah tədarük etməlidir. Qarabaginfo.az xəbər verir ki, bu barədə o, “ Le Journal du Dimanche ” qəzetinə müsahibəsində danışıb. “Biz Fransaya silah təmin etdiyinə, həmçinin Aİ-yə üzvlük namizədliyimizi dəstəklədiyinə görə çox minnətdarıq, lakin cəbhə xəttində daha çox silah lazımdır. Biz Fransadan daha çox işlər görməsini tələb edirik”, - deyə Kuleba bildirib. Xarici İşlər Nazirliyinin rəhbəri Fransa və ABŞ-dan alınan silahların əhəmiyyətini qeyd edib: "Ağır silahlar baxımından Rusiya hələ də bizi üstələyir". Geri dön |