Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Türkiyənin Pakistana yardım üçün səfərbər olduğunu bildirib

Ərdoğan Türkiyənin Pakistana yardım üçün səfərbər olduğunu bildirib


11-09-2022, 18:01. Yazar: Admin

Ərdoğan: "Pakistan xalqına hər cür dəstək verməyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Bu barədə Qarabaginfo.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, telefon danışığında Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyət və Türkiyənin yardımı müzakirə edilib.

Ərdoğan Pakistanın sel fəlakəti ilə mübarizəsini yaxından izlədiklərini və qardaşlıq əlaqələrinin tələb etdiyi kimi lazımi dəstəyi vermək üçün Türkiyənin səfərbər olduğunu bildirib.

Türkiyə xalqının pakistanlı qardaşlarının yanında olduğunu bildirən prezident Ərdoğan Pakistanına kömək üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib.

Pakistanın Baş naziri Şərif Türkiyə dövlətinə və xalqına dəstəyə görə təşəkkür edib.


Geri dön