Ana Sayfa > Karusel / Gündəm > Yunanıstan Azərbaycan vətəndaşlarının olduğu gəmiyə atəş açdı

Yunanıstan Azərbaycan vətəndaşlarının olduğu gəmiyə atəş açdı


10-09-2022, 21:46. Yazar: Admin

Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Yunanıstan Komor adaları bayrağı altında üzən "Anadolu" adlı gəmiyə atəş açıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb.

Gəmidə 18 nəfər (6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı) olub.

Hazırda gəmini Türkiyənin 2 sahil mühafizə gəmisi müşayiət edir. 


Geri dön