Ana Sayfa > Karusel / Gündəm > Ruslar Xarkovu vurdu - Ölənlər var

Ruslar Xarkovu vurdu - Ölənlər var


10-09-2022, 21:23. Yazar: Admin

Rusiya Ukraynanın şimal-şərqindəki Xarkov şəhərinə raket zərbələri endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat verib.

Zərbələr nəticəsində bir nəfər ölüb, bir neçə evə ziyan dəyib.

Bölgənin vilayəti rəhbəri Oleq Sinequbov bildirib ki, yaylım atəşli reaktiv sistemdən atılan raketlər bir nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olub.

Qeyd edək ki, Ukrayna qüvvələri son günlər ətrafdakı Xarkov vilayətində geniş əks-hücum əməliyyatı keçirib.


Geri dön