Ana Sayfa > Karusel / Cəmiyyət > Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar


19-06-2020, 17:09. Yazar: Admin

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

  1. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma

sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların

 

minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin

sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,

Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron

rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan

5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:

1.1. Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət

dayandırılsın:

1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla,

iri ticarət mərkəzlərinin fəaliyyəti;

1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

1.1.3. muzey və sərgi zallarının fəaliyyəti;

1.1.4. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və

kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və

ya digər məkanda xidmət);

2

1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan,

müsabiqə və müsahibələr istisna olmaqla);

1.1.6. açıq havada idman yarışlarının və oyunlarının

keçirilməsi.

1.2. Aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət

etmələrinə yol verilir:

1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin,

Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası

Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər

Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

1.2.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və

Aparatının əməkdaşları;

1.2.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri

və onların müavinləri;

1.2.4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən

dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların

müavinləri;

1.2.5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə

tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.2.6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş

diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları

və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər

Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna

olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının,

“ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri”

Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində

nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin

əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə

məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam

etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və

texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan

əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən

tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə

“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.4. Kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli

suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti

3

sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə

məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət

göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu

yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri

tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə

“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.5. Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən

şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri

tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə

müalicə almaqla əlaqədar;

1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə

dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və

fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət

sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti

ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

1.6. Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən

şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq

məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS –

məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki

indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:

1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik

üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk

etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə

verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu

ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə

prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim

tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis

əməkdaşlarına təqdim edilir);

1.6.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının,

dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və

fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət

sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti,

həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini

və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1

dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə

əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri

4

qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla

müəyyən edilir).

1.7. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

1.7.1. Azərbaycan Respublikasının vətəndaşları üçün -

şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111);

1.7.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi

yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün -

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi

yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)

1111111);

1.7.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma

müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər

üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın

seriyası və nömrəsi (MOM 1111111);

nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə

dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə

edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək

üçün 2 AZE 1111111 məzmunlu SMS - məlumatı göndərilməlidir.

1.8. Elektron Hökumət informasiya sistemindən gələn cavab

SMS - məlumatda icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs

yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra

tərk edə bilər.

1.9. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət

yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS -

məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər

məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS -

məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu

halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına

çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara

təqdim etməlidirlər.

1.10. SMS - icazə sistemindən istifadə qaydaları və SMS

göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan

Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial

İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı

Mərkəzinə müraciət edilə bilər.

1.11. Bu Qərarın 1.5.3-cü yarımbəndində göstərilən əsasla

yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri

İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə

almalıdır.

5

1.12. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti

zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması

məcburidir.

  1. Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin

tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli

şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət

məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

  1. Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin

tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan

Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

  1. Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş

sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki

şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən

tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə

“icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan

Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar

üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az”

portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil

edilməsi, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS

sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi

halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət tədbirlərinin

görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.

  1. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti

olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların

biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil

olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların

pasportuna vurulmuş ştamp əsasında yol verilir.

  1. Müəyyən edilsin ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə

tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan

məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini

saxlayır.


Geri dön