Ana Sayfa > Karusel / Gündəm > Sürücülərə XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun! 

Sürücülərə XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun! 


10-09-2022, 15:17. Yazar: Admin

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

 

Bu barədə Qarabaginfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, sentyabrın 11-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Füzuli-Cəbrayıl-Mahmudlu, Naxçıvan-Şahbuz, Quba-Qusar, Quba-Xaçmaz, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Ağdam-Ağdərə magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq.


Geri dön