Ana Sayfa > Karusel / Gündəm > Ata qızının 16 yaşlı sevgilisini iplə boğub ÖLDÜRDÜ
Ata qızının 16 yaşlı sevgilisini iplə boğub ÖLDÜRDÜ10-09-2022, 12:47. Yazar: Admin |
Bakı sakini qonşusunu qətlə yetirib.
Sabunçu rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məumata görə, sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
İddialara görə, Babək Quliyev 16 yaşlı Hüseynbalanın sevdiyi qızın atasıdır. Hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur. Geri dön |