Ana Sayfa > Karusel / Gündəm > Bakıda avtomobildən 30 min manat oğurlandı

Bakıda avtomobildən 30 min manat oğurlandı


10-09-2022, 11:05. Yazar: Admin

Bakıda avtomobildən 30 min manat oğurlandı

Bakıda avtomobildən 30 min manat oğurlanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Geri dön