Ana Sayfa > Karusel / Gündəm > Ukrayna Prezidenti Haluk Bayraktarı mükafatlandırıb

Ukrayna Prezidenti Haluk Bayraktarı mükafatlandırıb


10-09-2022, 01:16. Yazar: Admin

Ukrayna Prezidenti Haluk Bayraktarı mükafatlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarı qəbul edib.

Qarabaginfo.az-ın UNİAN-a istinadla məlumatına görə, görüşdə Ukraynada yeni zavodun tikintisinin təfərrüatları müzakirə edilib.

Görüşdə tərəflər PUA-ların istehsalında Ukrayna detallarından istifadə məsələsini də müzakirə ediblər.

Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli "Xidmətə görə" ordeni təqdim edib.


Geri dön