Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.
Bu barədə Reuters yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb.
Sentyabrın sonlarına qədər baş tutması ehtimal olunan səfər zamanı Ərdoğan ABŞ Prezidenti Co Baydenlə Türkiyə-Rusiya münasibətlərini, Ukrayna müharibəsini və Suriyadakı situasiyanı müzakirə edəcəklər.