Ana Sayfa > Karusel / Cəmiyyət > İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


19-06-2020, 10:58. Yazar: Admin

İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Şəhəri İcra Hakimiyyətindən məlumat verilib.

“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd olunub.  

 


Geri dön