Ana Sayfa > Karusel / Gündəm > Şahin Mustafayev: “Bölgədə vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur”

Şahin Mustafayev: “Bölgədə vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur”


9-09-2022, 12:06. Yazar: Admin

Ermənilərin Şahin Mustafayev qorxusu – “Heç bir söz mübadiləsi apara bilməzlər, çünki Şahin Mustafayev onları başa düşəcək”

Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə bildirib.

“Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur və bu, ilk növbədə Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər”, - o qeyd edib.


Geri dön