Ana Sayfa > Karusel / Gündəm > İTV-nin iki əməkdaşı koronavirusa yoluxub

İTV-nin iki əməkdaşı koronavirusa yoluxub


18-06-2020, 15:48. Yazar: Admin

 

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.

Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib. 

O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.

Report


Geri dön