Ana Sayfa > Karusel / Sosial > Pensiyalar ödənildi
Pensiyalar ödənildi8-09-2022, 15:53. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. Bu barədə Qarabaginfo.az-a ƏƏSMN-dən məlumat verilib. Məlumatda qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: "Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək". Geri dön |