Livanın nəqliyyat naziri Əli Hamiyənin evinin bağçasında bombanın partladıldığı bildirilib.
Hadisə nazirin Bekaa bölgəsindəki evində baş verib.
Yerli KİV bağçanın elektrik naqilinə qoyulan bombanın partladığını yazıb. Məlumatda, nazirin evdə olub-olmaması, can itkisi və ya yaralananlar barədə təfərrüatlar verilməyib.