Ana Sayfa > Karusel / Gündəm > Gələn il Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

Gələn il Şuşada “ASAN xidmət” mərkəzi açılacaq


8-09-2022, 12:42. Yazar: Admin

Şuşada yaradılacaq "ASAN xidmət" mərkəzinin tikinti-təmir işləri gedir. Mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da "ASAN xidmət" mərkəzlərinin yaradılması məsələsinə baxılacağını diqqətə çatdırıb.


Geri dön