Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna ordusu Xarkovda irəliləməyə davam edir
Ana Sayfa > Karusel / Gündəm > Ukrayna ordusu Xarkovda irəliləməyə davam edir

Ukrayna ordusu Xarkovda irəliləməyə davam edir


8-09-2022, 10:29. Yazar: Admin

Ukrayna ordusu Xarkovda irəliləməyə davam edir

“Xarkov vilayətinin Balakleya şəhərinin yaxınlığında olan Ukrayna ordusu Rusiya mövqelərinin 20 kilometr dərinliyinə irəliləməyə müvəffəq olub”.

Qarabaginfo.az “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu yayıb.

Ukrayna ordusunun hazırda həmin ərazidə 400 kvadrat kilometr əraziyə nəzarət etdiyi də qeyd olunub.

Xatırladaq ki, Ukrayna mediasında yayılan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Balakleya şəhəri yaxınlığında uğurlu əks-hücum əməliyyatı həyata keçirib. Rusiya mənbələrinin məlumatına görə isə, Rusiya qoşunları Ukrayna tərəfinin irəliləməsinin qarşısını almaq üçün Balakleya şəhərinin şərq hissələrində adsız körpüləri dağıdıb


Geri dön