Ana Sayfa > Karusel / Kriminal > 15 yaşlı qızın özünü güllələyərək öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb

15 yaşlı qızın özünü güllələyərək öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb


8-09-2022, 09:55. Yazar: Admin

15 yaşlı qızın özünü güllələyərək öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Daşkəsəndə 15 yaşlı qızın özünü öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb.


Geri dön