Ana Sayfa > Karusel / Gündəm > Laçında mülki şirkətə məxsus ekskavator atəşə tutulub - FOTO
Laçında mülki şirkətə məxsus ekskavator atəşə tutulub - FOTO7-09-2022, 15:19. Yazar: Admin |
Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, eyni zamanda, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb. Geri dön |