Ana Sayfa > Karusel / Gündəm > Albaniya İranla diplomatik əlaqələrini dayandırır

Albaniya İranla diplomatik əlaqələrini dayandırır


7-09-2022, 15:00. Yazar: Admin

Edi Rama

 

Albaniya İranla diplomatik əlaqələrini dayandırır.

Bu barədə Albaniyanın Baş naziri Edi Rama müraciətində bildirib.

Baş nazir iyulun 15-də Albaniya hökumətinin elektron infrastrukturunun güclü kiber-hücuma məruz qaldığını bildirib.

"Müəyyən zərərlər dəyib, lakin bu kiber-hücumun məqsədi ilə müqayisədə azdır. Bütün zərərlər aradan qaldırılıb və eyni zamanda bu kiber-hücumun kimlər tərəfindən edilməsi ilə bağlı araşdırmalar başladılıb. Kiber terrorizmlə mübarizdə Albaniyanın əməkdaşlıq etdiyi agentliklər Tiranaya gəlib. Araşdırmaların nəticələrindən bəlli olub ki, bu individual şəxs deyil və ya hər hansı kriminal qrup hücumu deyil. Bu kiber hücum İran İslam Respublikası tərəfindən həyata keçirilib.", - Albaniya hökumət başçısı deyib.

Baş nazir İranın İsrailə, Kiprə, Küveytə, Səudiyyə Ərəbistanına, BƏƏ-yə kiber-hücumlar etdiyini xatırladıb: “Nazirlər Şurasında məsləhətləşmələrdən sonra İranla diplomatik əlaqələrin dayandırılması barədə qəti qərar qəbul edilib”.

Baş nazir Rama İranın Tiranadakı səfirliyinin bütün diplomatik, texniki, inzibati və təhlükəsizlik işçilərinin 24 saat ərzində Albaniya Respublikasının ərazisini tərk etməli olduğunu vurğulayıb.


Geri dön