Ana Sayfa > Karusel / İdman > “Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib


7-09-2022, 13:44. Yazar: Admin

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Çempionlar Liqasının ilk turu daha bir baş məşqçisinin istefası ilə nəticələnib.

“Çelsi” Tomas Tuxeli istefaya göndərib.

Zaqreb “Dinamo”suna məğlubiyyət almaniyalının London klubunda son matçı olub. Bu, Tuxelin “Çelsi”də həm də yubiley – 100-cü görüşü idi.

2021-ci ilin yanvarından “göylər”ə rəhbərlik edən mütəxəssis komandaya Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğunu qazandırıb.

Qeyd edək ki, “Çelsi” “Dinamo”ya 0:1 hesabı ilə uduzub.


Geri dön