Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın və beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynada cəmlənməsinin Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcəyindən narahatlığını bildirib.
Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.
"Bu, bütün dünya ictimaiyyətinin və xüsusilə də təhlükəsizlik sahəsində strateji tərəfdaş olan Rusiyanın diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəldiyi indiki vəziyyətlə bağlıdır”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, hazırda regionda “təhlükəsizliklə bağlı çağırışlar” kəskinləşir.