Ana Sayfa > Karusel / Gündəm > Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb
Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb7-09-2022, 12:01. Yazar: Admin |
Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub.
Qarabaqinfo.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, son bir ayda Bakıda 5122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib: "Bir il ərzində uşaqların təlim- tərbiyəsi ilə 4299 müəllim məşğul olur".
M.Vəliyeva, həmçinin qeyd edib ki, idarənin tabeliyinə 348 bağça keçib:
"Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Bağçalardan 264-ü körpələr evidir. 18 bağçada cari təmir işləri başa çatdırılıb, 4 bağça əsaslı təmir olunub". Bizi sosial şəbəkələrdə izləyiGeri dön |