“Azərbaycanda koronavirusla bağlı narahatedici məqam olsa da, yoluxma sayı elə də çox deyil. Ölkəmizin 10 milyon əhalisi var, yoluxma sayı isə 0,1 faizdir. Buna baxmayaraq, bir sıra hal bizi narahat edir”.
Qarabaginfo.az xəbər verir ki, bunu “Real” TV-yə müsahibəsində Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev deyib.
O, Bakı sakinlərinin sərt karantin günlərində rayonlara axın etməsinə də münasibət bildirib. Baş infeksionistin fikrincə, insanların bölgələrə getməsinə şərait yaradılmalıdır: “Bir qisim insanlar var ki, ya işləmir və ya da məzuniyyətdədir, rayona getmək istəyir. Onlara imkan yaratmaq lazımdır. Təbii ki, bunun da mexanizmi hazırlanmalıdır. Bununla Bakıda insan sayını azaltmaq olar. Koronavirusa yoluxmayanlar 1 aylıq rayona evlərinə gedə bilər. Bu haqda fikirləşməyə dəyər. İnsanların məcburi Bakıda saxlamaq da düz deyil. Çünki onlar da çölə çıxmağa meyilli olurlar. Bu da təbii ki, subyektiv fikrimdir. Bu işi görmək üçün də ölkədəki vəziyyət təhlil edilməli və qərar qəbul edilməlidir. Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur. Rayonlarda əhalinin sıxlığı paytaxta nisbətən aşağıdır”. “Report”