Ana Sayfa > Karusel / Gündəm > Vəhşi heyvanlarla mübarizə üçün komissiya yaradıldı

Vəhşi heyvanlarla mübarizə üçün komissiya yaradıldı


6-09-2022, 17:30. Yazar: Admin

"Bakı ətrafındakı yaşayış yerlərində vəhşi heyvanlara rast gəlinməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlər daxil olur". 

 

Qarabaqionfo.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə nazirliyin feysbuk hesabında yayımlanan "Ekspert saatı"nda deyib. O qeyd edib ki, son zamanlar bununla bağlı müraciətlər artıb: 

 

"Şikayətlərin artmasına səbəb yaşayış yerləri ilə əvvəllər mövcud olan meşə və çöllərin artıq birləşməsidir. Həmin mühitdə yaşayan vəhşi heyvanlar da bu ərazilərdə görülür. Bu təbii ki, xoşagəlməz haldır. Bu məqsədlə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin nəzdində komissiya yaradılıb. Yaşayış sahəsində vəhşi heyvana rast gələn vətəndaş nazirliyə müraciət edə bilər. Daha təcili hallarda isə nazirliyin qaynar xətti olan 168-ə müraciət edə bilərlər. Bu halda lazımi tədbirlər görüləcək”. modern.az


Geri dön