Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq.
Qarabaginfo.az xəbər verir ki, 28 yaşlı idmançımız "Dana White’s Contender Series"də qüvvəsini sınayacaq.
Deyna Uaytın İddiaçılar Seriyasında qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaq.
Nəriman ABŞ-ın Las Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfimə üz-üzə gələcək. Sentyabrın 7-də, Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. Abbasovla Bonfim ikinci cütdə döyüşəcək.
Qarşılaşmadan öncə çəkiölçmə mərasimi təşkil olunub. Döyüşçülər öncə səhnədə üz-üzə gəlib.
Xatırladaq ki, Nəriman peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 yenilgi var.