Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub - FOTO
Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub - FOTO


6-09-2022, 14:26. Yazar: Admin

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub - FOTO

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.


Geri dön