Ana Sayfa > Karusel / Gündəm > Ukraynada koronavirusun yeni dalğası başlayıb

Ukraynada koronavirusun yeni dalğası başlayıb


6-09-2022, 13:31. Yazar: Admin

Ukraynada koronavirusa yoluxma halları artmağa başlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, avqustun 29-dan sentyabrın 4-dək Ukraynada 16 min 155 yoluxma halı aşkarlanıb, onlardan 2024-ü uşaq, 377-si tibb işçisidir. Koronavirusa yoluxanların 3868-i xəstəxanaya yerləşdirilib, 44 nəfəri virusun qurbanı olub.

 

Bundan əlavə, son bir həftə ərzində 50 min 55 nəfər peyvənd olunub. 

 

Ukraynada pandemiya dövründə ümumilikdə 5 milyon 72 min 533 nəfər koronavirusa tutulub, onlardan 4 milyon 935 min 472 nəfəri sağalıb, 108 min 885 xəstə isə həyatını itirib.


Geri dön