Ana Sayfa > Karusel / Gündəm > “Tərtər işi”nə görə tutulan generalı gözləyən CƏZA

“Tərtər işi”nə görə tutulan generalı gözləyən CƏZA


6-09-2022, 11:45. Yazar: Admin

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucovun həbsinin detalları məlum olub.

 

Qarabaginfo.az bildirir ki, cinayət işinin istintaqı zamanı generalın ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

 

Beləliklə, Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

Mövcud qanunvericiliyə əsasən, məhkəmədə həmin şəxslərin bütün maddələr üzrə təqsirli olması sübuta yetirilərsə, cəzaların məcmusuna uyğun olaraq, hər birini 20 ilə qədər həbs cəzası gözləyir.


Geri dön