Ana Sayfa > Karusel / Gündəm > Gədəbəydə 46 minlik inək oğurlandı

Gədəbəydə 46 minlik inək oğurlandı


6-09-2022, 11:44. Yazar: Admin

Gədəbəy Rayon Polis Şöbəsinə Çökək Yurd adlanan ərazidə Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə müraciətlər daxil olub.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.


Geri dön