Ana Sayfa > Karusel / Gündəm > Uşaqlara işgəncə verənlərin ev dustağı edilməsi tələb olunur

Uşaqlara işgəncə verənlərin ev dustağı edilməsi tələb olunur


5-09-2022, 19:04. Yazar: Admin

Uşaqlara işgəncə verənlərin ev dustağı edilməsi tələb olunur

Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verən şəxslərlə bağlı istintaq orqanlarının vəsatəti məhkəməyə təqdim olunub. 

Nizami Rayon Məhkəməsindən daxil olan məlumata görə, direktor Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbiri və vəzifədən kənarlaşdırma tələb edilib. 

Məhkəmə bu gün axşam növbətçi hakim tərəfindən və ya sabah keçiriləcək.

Qeyd edək ki, 2 gün öncə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı. Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən mərkəzdə videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.


Geri dön