Ana Sayfa > Karusel / Gündəm > Conson Zelenski ilə Baş nazir postunda sonuncu dəfə danışıb

Conson Zelenski ilə Baş nazir postunda sonuncu dəfə danışıb


5-09-2022, 18:40. Yazar: Admin

Boris Conson, Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski və Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski "Twitter"də bildirib.

 

"Boris Consonun hazırkı səlahiyyətində sonuncu söhbətim oldu. Bütün Ukrayna xalqının adından ona şəxsi cəsarətinə, prinsiplərinə və Rusiyanın təcavüzünə qarşı mübarizədə böyük töhfəsinə görə təşəkkür etdim. Ukraynanın böyük dostu ilə yeni statusda əməkdaşlığı səbirsizliklə gözləyirəm", Zelenski bildirib.


Geri dön