Vladimir Putin Şərq İqtisadi Forumu (ŞTF) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə edəcək.
Qarabaginfo.az TASS-a istinadla xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O deyib: “Dağlıq Qarabağ nizamlanması mövzusunun müzakirəsi gözlənilir. Rusiya liderlər arasında üçtərəfli sazişlər əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli yardımını davam etdirir. Rusiya sülhməramlı kontingenti regionda təhlükəsizliyi təmin edir”, - deyə Uşakov vurğulayıb.
O əlavə edib ki, tərəflər Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini də müzakirə edəcəklər: “Enerji sektorunda qarşılıqlı əlaqələr inkişaf edir. Rusiyadan qaz tədarükü - 2,4 milyard kubmetrdən çoxdur (bu ilin yanvar-iyun aylarında 1,41 mlrd. kubmetr).