Ana Sayfa > Karusel / Gündəm > Daşkəsəndə dağ uçqunu yolu BAĞLADI

Daşkəsəndə dağ uçqunu yolu BAĞLADI


5-09-2022, 13:23. Yazar: Admin

Daşkəsən rayonun Əhmədli, Mollahəsənli və Dəstəfur kəndlərinə gedən yolda dağ uçqunu baş verib.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində rayonun yuxarıda adı çəkilən kəndlərinə gedən yol bağlanıb.

 

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən isə bildirilib ki, qurumun əməkdaşları hadisə yerinə cəlb olunub.

 

Yolun açılması istiqamətində işlər gedir. Ətraflı məlumat veriləcək.


Geri dön