Ana Sayfa > Karusel / Gündəm > Türkiyə hökuməti inflyasiyanın 9,9%-ə enəcəyini açıqlayıb

Türkiyə hökuməti inflyasiyanın 9,9%-ə enəcəyini açıqlayıb


5-09-2022, 10:44. Yazar: Admin

Türkiyə hökuməti inflyasiyanın 9,9%-ə enəcəyini açıqlayıb

Türkiyə hökuməti bu ilin sonuna ölkədə inflyasiya proqnozunu 65% (iyul ayında 79,6% olub), 2025-ci il üzrə isə 9,9% müəyyən edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyinin 2023-2025-ci illəri əhatə edən Ortamüddətli Proqramında (MTP) bildirilib. Məlumata görə, inflyasiya hədəfi 2023-cü ildə 24,9%, 2024-cü ildə isə 13,8% səviyyəsində müəyyən edilib. Bu il və 2023-cü il üçün iqtisadi artım hədəfi 5%, 2024 və 2025-ci il üçün 5,5% proqnozlaşdırılıb.

MTP-yə görə, bu ilin sonunda Türkiyədə işsizlik səviyyəsi 10,8%-ə, 2023-cü il üçün 10,4%, 2024-cü ildə 9,9% və 2025-ci il üçün 9,6%-ə enəcək.


Geri dön