Ana Sayfa > Karusel / Gündəm > Tbilisinin ətraf kəndlərini yanğın bürüyüb

Tbilisinin ətraf kəndlərini yanğın bürüyüb


4-09-2022, 21:37. Yazar: Admin

Tbilisinin ətraf kəndlərini yanğın bürüyüb - VİDEO

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən bir neçə kənddə eyni vaxtda meşə yanğını baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Tskneti, Tsavkisi, Baqebi və Napetvrebi kəndlərində bir neçə aktiv yanğın müşahidə edilib.

Hazırda yanğınsöndürənlər mübarizə tədbirləri aparır.

Məlumata görə, əsasən quru ot və kol-kos yanıb.

Yanğının söndürülməsinə külək mane olur.


Geri dön