Ana Sayfa > Karusel / Gündəm > Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edildi

Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edildi


4-09-2022, 20:58. Yazar: Admin

Ukrayna prezident Volodimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.

Telefon danışığı zamanı Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi müzakirə edilib

"Biz Rusiya vətəndaşlarına vizaların verilməsinə qadağa da daxil olmaqla səkkizinci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik”, - o yazıb.

Müzakirə zamanı Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlərin məhdudlaşdırılması məsələsinə də toxunulub.


Geri dön