Ana Sayfa > Karusel / Gündəm > Avtobusda sərnişinin pulu və kartı OĞURLANDI

Avtobusda sərnişinin pulu və kartı OĞURLANDI


3-09-2022, 12:51. Yazar: Admin

Bakıda avtobusda oğurluq faktı qeydə alınıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbəsi ərazisində marşrut avtobusunda qadın sərnişinin içərisində 243 manatı və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Əliyev müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.


Geri dön