Ana Sayfa > Karusel / Gündəm > Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq


3-09-2022, 12:35. Yazar: Admin

Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacaq.


Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.


Geri dön