Ana Sayfa > Karusel / Gündəm > Terminaldan 8 min OĞURLANDI

Terminaldan 8 min OĞURLANDI


3-09-2022, 12:08. Yazar: Admin

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) xəbər verilib.

 

Bildirilib ki, bunlar əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini  E.Zeynalovdur.

 

Hazırda faktlarla bağlı araşdırma aparılır.


Geri dön