Ana Sayfa > Karusel / İdman > Azərbaycan millisinin üzvü İspaniya klubunda baxışda - Fotolar

Azərbaycan millisinin üzvü İspaniya klubunda baxışda - Fotolar


3-09-2022, 11:43. Yazar: Admin

Azərbaycan millisinin üzvü İspaniya klubunda baxışda

Azərbaycanın gənclərdən ibarət basketbol yığmasının üzvü İspaniyada baxışdadır.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, qurumun dəstəyi ilə gənclərdən ibarət yığma komandanın üzvü Hüseyn Qaflanov İspaniyanın "Valensiya Basket" klubunda yoxlanışdadır.

İspanyalı seleksionerlərin diqqətini cəlb edən 14 yaşlı, 2.06 m boya malik olan yeniyetmə Hüseyn hazırda klubun təlim-məşq toplanışında iştirak edir.

 


 


Geri dön