Ana Sayfa > Karusel / Region > Putin Donetsk vilayətinin sentyabrın 15-dək tam "azad edilməsi" barədə əmr verib...
Putin Donetsk vilayətinin sentyabrın 15-dək tam "azad edilməsi" barədə əmr verib...2-09-2022, 23:33. Yazar: Admin |
"İşğal edilən ərazilərdə referendumlar Rusiyada 11 sentyabr vahid səsvermə günü deyil, 4 noyabr xalq birliyi günündə keçirilə bilər..."
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya qoşunlarına sentyabrın 15-dək Donetsk vilayətinin inzibati sərhədlərinə çıxmağı əmr edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin məlumatına istinadən "Ukrainskaya pravda" qəzeti məlumat verib.
"Düşmən işğal edilən Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərini əlində saxlamaqda davam edir, habelə hücumu bərpa etmək üçün əlverişli şərait yaratmağa cəhd edir.
Belə ki, Rusiyanın işğalçı qoşunları Putinin Donetsk vilayətinin sərhədlərinə çıxmaq barədə əmrinə uyğun olaraq növbəti dəfə öz planları və hərəkətlərinə korrektələr edir", - nəşr Baş İdarə rəisinin müavini Aleksey Qromovdan iqtibas gətirib.
Onun sözlərinə görə, hazırda hücuma hazırlıq çərçivəsində Rusiya müdafiə nazirliyi 2022-ci ilin yayında Rusiya regionlarından toplanan könüllü bölmələrdən ibarət olan üçüncü ordu korpusunun birləşmələri və hərbi hissələrini yenidən qruplaşdırmaqda davam edir.
İyulun 3-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə "Luqansk xalq respublikası"nın "azad edilməsi" barədə məruzə edib.
Elə həmin ayda tanınmamış "Donetsk xalq respublikası" bəyan edib ki, avqust ayında vilayətin inzibati sərhədlərinə çıxacaq.
Bu, alınmayanda "DXR" rəhbərliyi ərazinin tam zəbt edilməsi müddətini qışın əvvəlinə keçirib.
Hazırda Rusiya qoşunları Donetsk vilayətinin 59 faizini zəbt edib.
Kreml yaranmış vəziyyətlə bağlı "Rusiyaya birləşmək" barədə referendumların keçirilməsi vaxtı dəyişdirilib.
Əvvəllər güman edilib ki, plebissitlər "DXR", "LXR", Xerson, Zaporojye və Xarkov vilayətlərində Rusiyada vahid səsvermə günündə, yəni sentyabrın 11-də keçiriləcək.
Hazırda, RBK-nın məlumatına görə, söhbət oktyabr-noyabr aylarından gedir.
Mümkün tarixlərdən biri 4 noyabr ola bilər (Rusiyada xalq birliyi günü).
Lakin nəşrin mənbələrinin məlumatına görə, hər şey cəbhədəki vəziyyədən asılı olacaq.(Moderator.az)
Geri dön |