Ana Sayfa > Karusel / Region > Müxalifət Paşinyanı devirmək üçün hərəkətə KEÇDİ

Müxalifət Paşinyanı devirmək üçün hərəkətə KEÇDİ


2-09-2022, 23:29. Yazar: Admin

Ermənistanın paytaxtı İrəvanda müxalif Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib.

 

Qarabaginfo.az xəbər verir ki, mitinqdə müxalifət hərəkatının liderlərindən olan deputat İşxan Saqatelyan çıxış edib.

 

O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədir, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.

 

Etirazçılar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürməyi planlaşdırır.


Geri dön