Ana Sayfa > Karusel / Region > ABŞ Ukraynaya 12 milyard dollara yaxın yardım hazırlayır

ABŞ Ukraynaya 12 milyard dollara yaxın yardım hazırlayır


2-09-2022, 23:08. Yazar: Admin

ABŞ Ukraynaya 12 milyard dollara yaxın yardım hazırlayır

ABŞ prezidenti Co Bayden tezliklə Konqresdən Ukraynaya daha 11,7 milyard dollar hərbi yardımı istəyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bundan əlavə, ABŞ-ın enerji təchizatına təsir göstərən amillərin nəticələrini aradan qaldırmaq üçün 2 milyard dollar da ayrılacaq.

Qeyd olunur ki, rekord hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və döyüş sursatları, pilotsuz uçuş sistemləri və radarlar daxildir.

Məbləğin hansı miqdarda olacağı və nə vaxt ayrılacağı hələlik açıqlanmır.


Geri dön