Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rəis sərəncama götürüldü, 5 polis qovuldu - Video
Ana Sayfa > Karusel / Gündəm > Rəis sərəncama götürüldü, 5 polis qovuldu - Video

Rəis sərəncama götürüldü, 5 polis qovuldu - Video


2-09-2022, 15:18. Yazar: Admin

 

 

 

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qarabaginfo.az Oxu.az-a istinadən xəbər verir ki, o, sərəncama götürülüb.

Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Eyni zamanda, DYP-nin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı.

 


Geri dön