Ana Sayfa > Karusel / Siyasət > COVID-19-a yoluxanlarda ürək xəstəlikləri ARTIR
COVID-19-a yoluxanlarda ürək xəstəlikləri ARTIR2-09-2022, 11:16. Yazar: Admin |
COVID-19-a yoluxanlar arasında ilk növbədə ürəyin işemik xəstəliyi, arterial hipertenziya, şəkərli diabet, xroniki ürək çatışmazlığı olanlarda fəsadların ehtimalı yüksəkdir. Bununla yanaşı, bəzi tədqiqatlar göstərir ki, infarkt və ya insult kimi ürək-damar xəstəliklərinin riski koronavirusa yoluxub sonra sağalanlar üçün bir müddət aktuallığını itirmir.
Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yusif Nağıyev bildirib.
Həkim COVID-19-da ürək-damar sisteminin zədələnmə mexanizmini belə izah edib:
“Xarici müəlliflərin fikrincə, ürək-damar sisteminin zədələnməsi COVID-19-un şiddətindən və ya sağalma müddətindən asılı deyil. Rusiyalı kardioloqların məlumatına görə, kardiologiya şöbəsinə yerləşdirilən hər üç nəfərdə koronavirusdan sonra ürək problemi aşkarlanıb. Bu vəziyyətdə simptomlar sağaldıqdan bir neçə ay sonra görünür.
Onun sözlərinə görə, koronavirus infeksiyası laxtalanmaya səbəb olmaqla infarkt riskini artıra bilir:
“Məlumdur ki, kəskin miokard infarktı aterotromboz nəticəsində baş verir. Bu, aterosklerotik piləyin yırtılması ilə əlaqədardır. Trombogen xəstəliyi kimi, COVID-19 trombozların riskini artırır və məlumdur ki, bu xəstəliyin letallığı məhz onunla bağlıdır.
Geri dön |